Ukrayna müharibə iqtisadiyyatına keçir - BAŞ NAZİR

7-03-2022, 11:42           
Ukrayna müharibə iqtisadiyyatına keçir - BAŞ NAZİR
Ukrayna hökuməti maliyyə yardımı üçün bütün beynəlxalqtəşkilatlar və ölkələrlə danışıqlar aparır.

Trend xəbər verir ki, bunu gündəlik müraciətində Ukrayna başnaziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, Avropa İnvestisiya Bankı Ukraynaya yardımüçün digər layihələrdən 639 milyon avronun yönləndirilməsinərazılıq verib və Nazirlər Kabineti bunun üçün artıq lazımisənədləri qəbul edib. Həmçinin, Maliyyə Nazirliyi artıq hərbiistiqrazların ilk buraxılışını keçirib və ikinci buraxılışınıplanlaşdırır.

"Yüzlərlə xarici şirkət Rusiyada istehsal sahələrini bağlayır vəməhsullarının satışını qadağan edir. Bu ölkə bütün cəbhələrdəuduzsa da, biz tez bir zamanda müharibə iqtisadiyyatınakeçməliyik", - hökumət başçısı bildirib.

Şmıqal qeyd edib ki, bu, ehtiyacların dəqiq planlaşdırılmasınınəzərdə tutur, dövlət kritik ehtiyacları ödəmək üçün artıqmüəssisələrə dövlət sifarişləri verməyə başlayıb.

"Söhbət təkcə silahlardan getmir, yemək, dərman, yanacaq və s.Biz ölkəni lazım olan hər şeylə təmin etməyə borcluyuq. Artıqhökumət bəzi sosial əhəmiyyətli malların və onların istehsalolunduğu xammalın ixracına məhdudiyyətlər qoyub, ərzaqtəhlükəsizliyinə nəzarət hazırda İqtisadiyyat Nazirliyininprioritet istiqamətlərindən biridir.

Müharibə başlayandan bəri çoxları evlərini, işlərini,əmanətlərini itirib, ancaq Ukraynanın müdafiəsinə qalxdı. Bu gündövlət onları dəstəkləyir. Prezidentin tapşırığı ilə yenilənmiş“E-podtrimka” proqramı gələn həftədən fəaliyyətə başlayacaq. Buproqram çərçivəsində müharibə nəticəsində işini itirən hər birişçi, hər bir fərdi sahibkar 6,5 min qrivna ala biləcək", - başnazir əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.