Azərbaycan Mərkəzi Bankının xatirə pul nişanlarına maraq artıb

7-03-2022, 12:24           
Azərbaycan Mərkəzi Bankının xatirə pul nişanlarına maraq artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) 22 ədəd xatirə pul nişanı satıb ki, bu da ötən ilin eyni dövrü müqayisədə 2,4 dəfə çoxdur.

Bu barədə "Report" qurumdakı mənbəyə istinadən xəbər verir.

Bununla belə, 2 ay ərzində xatirə pul nişanlarının satışından əldə olunmuş gəlir 1 il əvvələ nisbətən 32,8% azalaraq 17 420 manat təşkil edib.

Xatirə pul nişanlarının dəyəri nağdsız - bank kartları ilə ödənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru