Mərkəzdə "protiv" sürülən maşın “Maqnoliya-99” MMC-yə məxsusdur?

16-03-2022, 08:32           
Mərkəzdə "protiv" sürülən maşın “Maqnoliya-99” MMC-yə məxsusdur?
Bakıda qaydaları pozan "AS” seriyalı avtomobilin görüntüləri kameraya düşüb.

10-AS-306 qeydiyyat nişanlı "Toyota” markalı avtomobilin sürücüsü martın 11-də paytaxtın Mikayıl Rəfili küçəsində yolun əksi istiqamətində hərəkət edərək qarşıdan gələn avtomobillərin yolunu kəsib.

Həmin avtomobilin gəldiyi istiqamətdə girişi qadağan edən 3.1 nişanının olmasına baxmayaraq, sürücü birtərəfli yolun tam olaraq əksi istiqamətində axına qarşı hərəkət edərək Rəşid Behbudov küçəsinə çıxıb.

Avtosfer.az-ın araşdırmasına görə 10-AS-306 qeydiyyat nişanlı avtomobil "Maqnoliya-99” MMC-yə məxsusdur.

Qlobal.az olaraq qeyd edək ki, "Maqnoliya-99” MMC 1999-cu ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Əhmədov Şahlar Şahvələd oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru