Tahir Kərimli telefonuna cavab verməyən nazirliyin adını açıqladı: - “Şəxsi xahiş etmirəm…”

16-03-2022, 16:12           
Tahir Kərimli telefonuna cavab verməyən nazirliyin adını açıqladı: - “Şəxsi xahiş etmirəm…”
"Ümumiyyətlə, 7 ildə 7 dəfə hökumət telefonundan istifadə edə bilmirəmsə, onlar nəyə lazımdır?! Dövlətin niyə müəyyən qədər pulu həmin rabitə vasitə üçün xərclənməlidir?! Azərbaycan cəmiyyəti yaxşı bilir ki, şəxsi xahiş etmiş olsam, elə ən az edən mən olaram. Bu, gülünc iddiadır. Həm də nazir ona gələn zəngi cavablandırmadan haradan bilir ki, şəxsi, yaxud da qeyri-şəxsi xahiş ediləcək? Nazirin borcudur ki, deputatın zənglərinə cavab versin. Şəxsi xahiş olduğunu görəndə isə bildirsin ki, şəxsi xahişləri yerinə yetirə bilmir”. DİA.AZ xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

Deputatın sözlərinə görə, nazirlərin telefonlara cavab verməməsi biabırçılıqdır: "Məsələn, güc nazirlərdən biri şəxsən özü mənə daim cavablar yazır. Qeyri-ixtiyari hörmət yaranır. Görürəm ki, hörmətlə yanaşır, mən də ona hörmət edirəm. Amma heç həmin nazirlik qədər nüfuzu olmayan başqa nazirliklərdə vəziyyət belə deyil. Misal üçün, üç il ərzində Səhiyyə nazirinin müavinlərinə düşə bilmədim. Məgər onlardan şəxsi nəsə xahiş edəcəkdim?! Əlbəttə ki, yox, problemlərlə bağlı danışmalı idim. Nəzərə almaq lazımdır ki, "Deputat statusu haqqında" Qanunda göstərilib ki, istisnasız olaraq bütün vəzifəli şəxslər deputatın sorğusuna cavab verməli, müraciətinə baxmalıdırlar. Həmçinin, təəssüf edirəm ki, bəzi deputatlar da iclasda adımı çəkməsələr də, əleyhimə çıxış etdilər. Sanki millətin yox, Nazirlər Kabinetinin vəkilləridirlər. Bilmirəm, şəxsi xahiş etməyimlə bağlı şayiələri kimlər yayır… Kimdən, nə şəxsi xahiş edə bilərəm ki?! Ola bilər e, xırda nəisə şəxsi xahiş də ola bilər, amma nə etmişəm ki?! Onsuz da, yeddi illik deputatlıq dövrümdə təkcə bir övladım işləyib, qardaşlarım, bacım uşaqları, digər övladlarım işsizdir. Nə xahiş edəcəyəm?! Bu iddiaları rədd edirəm. Nazirlər zəhmət çəkib borclarını yerinə yetirsinlər".
0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.