Azərbaycanın cari əməliyyatlar balansında ötən il 8 milyard dollardan çox qalıq olub

17-03-2022, 11:35           
Azərbaycanın cari əməliyyatlar balansında ötən il 8 milyard dollardan çox qalıq olub
2021-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 8 291,6 milyon ABŞ dolları məbləğində qalıq yaranıb. Halbuki, 2020-ci ildə CƏB üzrə 227,6 milyon ABŞ dollarlıq kəsir yaranmışdı.

“Report” xəbər verir ki, ümumi qalıq xarici ticarət balansındakı 11 273,6 milyon dollarlıq qalıq (4,5 dəfə çox), xidmətlər balansındakı 2 122,9 milyon dollarlıq kəsir (25,3% az), ilkin gəlirlər balansındakı 1 318,6 milyon dollarlıq kəsir ( 2,9 dəfə çox) və təkrar gəlirlər balansındakı 459,5 milyon dollarlıq qalıq (17,6% az) hesabına formalaşıb.

"Hesabat dövründə CƏB üzrə qalıq ümumi daxili məhsulun (ÜDM) dəyərinin 15,2%-i qədər olub. Son 1 ildə neft-qaz sektoru üzrə CƏB qalığı 2,8 dəfə artaraq 14 milyard dollara, qeyri-neft-qaz sektoru üzrə CƏB kəsiri isə 7,7% artaraq 5,7 milyard dollara çatıb", - AMB bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru