Torpaq bazarında qiymətlər bahalaşacaq?

17-03-2022, 12:06           
Torpaq bazarında qiymətlər bahalaşacaq?
Torpaq sahələri və fərdi evlərin qiyməti yaz-yay mövsümündə artacaq.

Teref.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Torpaq sahələrinə və fərdi evlərə tələbat yaz aylarından başlayır və avqust ayına qədər davam edir. Bu fəsillərdə hava mülayim, isti keçdiyi üçün insanlar inşaat işlərinə başlayır və üç-dörd ay ərzində yekunlaşdıra bilirlər:

"Hər il yaz-yay mövsümündə torpaq sahələrinə tələbat artdığına görə qiymət artımı da müşahidə olunur. Bakı və Abşeronda tikintiyə yararlı ərazilər az qalıb. Həmin sahələrin də qiyməti ilbəil artır", - E.Fərzəliyev deyib.

Onun sözlərinə görə, pandemiya başlayandan turistik regionlarda torpaq və ev alanların sayı artıb:

"Pandemiya zamanı qoyulan məhdudiyyətlərə görə insanların həyət evlərinə meyili artıb. Vətəndaşların bölgələrdə torpaq və ev alması həmin yerlərdə daşınmaz əmlakın bahalaşmasına səbəb olur".

Ekspert əlavə edib ki, payıza yaxın torpaq bazarında qiymətlərdə durğunluq müşahidə olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.