Rusiyanın “pomidor silahı": - Azərbaycana qarşı çevrilib?

17-03-2022, 18:11           
Rusiyanın “pomidor silahı": - Azərbaycana qarşı çevrilib?
Azərbaycan və İrandan gələn məhsullar Rusiyaya buraxılmayıb.

Belə ki, nəzarətə götürülən məhsulların 32 partiyası Azərbaycandan – 548,1 ton həcmində təzə pomidor, 280,7 ton həcmində (Pekin kələmi, kahı və s.) 19 partiyası isə İrandan olub.

Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 828,8 tondan çox olub.

Saxlanmaya səbəb "VNIIKR" Federal Dövlət Büdcə Qurumunun Dağıstan bölməsinin karantin təhlükəli obyektinin – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) və qərb (Kaliforniya) çiçək tripsinin (Frankliniella occidentalis Perg.) aşkar edilməsini təsdiq edən rəyi olub.

Azərbaycan eyni halla ötən ilin yayında da dəfələrlə üz-üzə qalıb.

Bir çox mütəxəssis bunu Rusiya tərəfinin siyasi təzyiqi kimi qiymətləndirir. Çünki Rusiya dəfələrlə əməkdaşlıq etdiyi, lakin maraqlarına uyğun hərəkətdə olmayan ölkələrə siyasi təzyiq etmək üçün iqtisadi zərbədən istifadə edib.

Xüsusilə, son günlər Rusiya-Ukrayna arasında davam edən müharibədə Azərbaycanın Ukraynaya humanitar yardımlar göndərməsi Rusiyanı yenidən "qıcıqlandırmış" ola bilər. Elə bu səbəbdəndir ki, Rusiyanın budəfəki addımının da siyasi təzyiq olduğunu düşünənlər var. Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında politoloq Samir Hümbətov deyib ki, burada iki səbəb var:

“Qərar Rusiyanın iqtisadi vəziyyəti ilə bağlı verilmiş ola bilər. Əslində, bu problemə iki nöqteyi-nəzərdən yanaşmaq olar. Birincisi, Azərbaycanın Ukraynay ilə bağlı tutduğu siyasi mövqe və humanitar yardım kimi amillər Rusiyanın xoşuna gəlməsin. Digər səbəb Rusiya daxilində iqtisadi vəziyyətin ağırılığı ola bilər. Çünki Rusiya belə bir qayda qoyub ki, il ərzində bir adam cəmi 10 min dollara yaxın pul vəsaitini ölkədən kənara çıxara bilər. Azərbaycandan gedən məhsulların isə dəyəri milyon dollarla ölçülür və bundan gələn maliyyənin kənara axını məsələsi var. Bunun qarşısını almaq üçün də belə bir addım atılmış ola bilər”.

Politoloqun fikrincə, Azərbaycanın Rusiya ilə bağlı məsələlərdə onun maraqlarına uyğun addım atmaması Rusiyanın təzyiq vasitəsi ola bilər:

"Hər bir vəziyyətdə Rusiyanın ən birinci təsir etmək istədiyi ölkə Azərbaycandır. Bunun da səbəbi odur ki, Azərbaycan Rusiya ilə bağlı məsələlərdə onun maraqlarına uyğun addım atmır. Hətta “Moskva Bəyannaməsi”nin imzalanmasından sonra, məhz Azərbaycan Ukrayna ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atdı.

Humanitar yardımlar göndərildi, yanacaq məhsulları, dərman vasiyələri verildi. Bu o deməkdir ki, Rusiya bəlkə bununla bir təsir etmək istəyir. Əslində bu, Azərbaycan üçün ciddi problem yaratmır. Çünki Azərbaycan məhsulunu Avropa bazarına da çıxara bilər. Çətin bir iş deyil. Həm də daxili istehsalı da tam təmin etmiş olar.

Əgər Rusiya bazarlarının kənd təsərrüfatı məhsulları ilə təmini zəifləyərsə, orada qiymətlər qalxa bilər. Bu da Rusiya iqtisadiyyatı üçün heç də xoş hal deyil. Düşünürəm ki, bu riski edib Azərbaycan məhsullarını saxlamaqla qiymətləri qaldırmaq istəməz".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.