Ombudsman: “Mariupolda bombalanan teatrın zirzəmisində 1300 nəfər qalıb” - FOTO

19-03-2022, 09:24           
Ombudsman: “Mariupolda bombalanan teatrın zirzəmisində 1300 nəfər qalıb” - FOTO
Rusiya qırıcıları tərəfindən hava hücumuna məruz qalmış Mariupol Dram Teatrının binasından 130 nəfər çıxarılıb, 1300-dən çox adam isə hələ də zirzəmidə qalıb.

Bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova xəbər verib.

Qeyd edək ki, martın 16-da axşam saatlarında Mariupolda Rusiya təyyarəsi yüzlərlə yerli sakin üçün sığınacaq olan şəhər dram teatrına bomba atıb. Yerli hökumət nümayəndələri teatrın mərkəzi hissəsinin bomba ilə dağıdıldığını və girişin bağlandığını bildirib.

“Teatr binasının yanında iri hərflərlə “UŞAQLAR” sözləri yazılmışdı, rusiyalı pilotlar onları görməyə bilməzdi”, - deyə səlahiyyətlilər vurğulayıblar.


Mənbə: newsru.co.il












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru