Avropada qiymətlər rekord həddə artdı

19-03-2022, 11:05           
Avropada qiymətlər rekord həddə artdı
Avrozonada inflyasiya fevral ayında illik ifadədə 5,9 faizə yüksəlib ki, bu da 2002-ci ildə avronun tam dövriyyəyə buraxılmasından bəri mütləq rekorddur.

Bu barədə “Eurostat”ın saytında bildirilir.

Təşkilat belə göstəriciləri Avropada enerji qiymətlərinin sürətlə artması ilə əlaqələndirir. Fevralda onların qiymətləri 3,12 faiz bahalaşıb. Ən yüksək inflyasiya səviyyəsi Litvada (14 faiz), Estoniyada (11,6 faiz) və Çexiyada (10 faiz) qeydə alınıb.

Müqayisə üçün qeyd edək ki, yanvarda inflyasiya 5,1 faiz təşkil edib. Avropa İttifaqında illik inflyasiya yanvardakı 5,6 faizlə müqayisədə fevralda 6,2 faiz təşkil edib.

Ukraynadan ərzaq tədarükünün əngəllənməsi fonunda Aİ ciddi problemlərlə üzləşib.

“Ukrayna dünyanın ən böyük qida istehsalçılarından biridir, biz Ukraynadan çoxlu idxal edirik. Bu, qarğıdalı idxalının 52 faizini, buğdanın 19 faizini təşkil edir, bu gün hər şey bloklanıb... Bu, Aİ üçün böyük problemdir”, - deyə Avropa Komissiyasının Kənd Təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski bildirib.

Regionda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər hazırlanır.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru