Daha bir rusiyalı oliqarx: adı siyahıda yoxdur, amma yaxtası Norveçdə “ilişdi” HEÇ KİM ONA YANACAQ SATMAQ İSTƏMİR...,+FOTO

19-03-2022, 11:25           
Daha bir rusiyalı oliqarx: adı siyahıda yoxdur, amma yaxtası Norveçdə “ilişdi”
Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hərbi təcavüzü prezident Putinə yaxın daha bir oliqarxın həyatına təsir göstərib. virtualaz.org xəbər verir ki, adı Qərbin sanksiyalar tətbiq edilən rusiyalı oliqarxların siyahısında olmasa da keçmiş KQB zabiti, oliqarx Vladimir Strjalovskinin superyaxtası Norveç limanlarından birində “ilişib”.

BBC.com bildirir ki, Strjalovskinin “Ragnar” adlı yaxtası Norveç limanını tərk edə bilmir, çünki yanacağı yoxdur və yerli şirkətlərdən heç biri ona yanacaq satmaq istəmir. 68 metrlik yaxta fevralın 15-dən bəri Norveçin Narvika limanındadır.



“Biz bunu özümüzə münasibətdə olduqca ədalətsiz diskriminasiya kimi qiymətləndiririk”,-yaxtanın kapitanı Robert Lankaster bildirib. Britaniyalı kapitan deyib ki, yaxtanın heyət üzvləri arasında rus yoxdur. “Biz 16 nəfərdən ibarət komandayıq, onların hamısı Qərb ölkələrinin vətəndaşlarıdır. Yaxtanın sahibi ilə ümumi heç nəyimiz yoxdur, biz öz işmizi görürük”,-kapitan bildirib.

Lakin Norveç yanacaq şirkətləri belə düşünmür. “Nəyə görə biz onlara kömək etməliyik? Onlar qoy evlərinə üzərək getsinlər, yaxud yelkənli qayıqdan istifadə etsinlər”,-“Holmlund Oil Service” şirkətinin baş direktoru Sven Holmlund yerli NRK telekanalına bildirib.



Xatırladaq ki, sanksiyalara görə artıq bir neçə rusiyalı oliqarxın superyaxtaları Avropa limanlarında müsadirə olunub. ABŞ xüsusi xidmət orqanları onların digər aktivlərini də tapıb müsadirə etmək üçün xüsusi qrup yaradıb.

Vladimir Strjalovski 1954-cü ildə Leninqradda anadan olub, Podolsk quberniyasının zadəganlarının nəslindəndir. 1980-1991-ci illərdə KQB-nin Leninqrad vilayəti üzrə idarəsinin rəisi olub. KQB-dən ehtiyata buraxılandan sonra bizneslə məşğul olub, 2008-2012-ci illərdə “Nornikel” korporasiyasının baş direktoru işləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.