Aİ rus oliqarxların müsadirə edilən aktivlərini Ukrayna üçün istifadə edəcək

20-03-2022, 08:25           
Aİ rus oliqarxların müsadirə edilən aktivlərini Ukrayna üçün istifadə edəcək
Avropa İttifaqı (Aİ) rəsmiləri Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində rusiyalı oliqarxların müsadirə edilən aktivlərini Ukrayna üçün istifadə etməyi nəzərdən keçirirlər.

Cebhe.info xəbər verir ki, bununla bağlı qanun layihəsi müzakirə mərhələsindədir.

Yekun qərarın yaxın vaxtlarda qəbul olunması gözlənilir.

Qeyd edək ki, Aİ tərəfindən Rusiyaya tətbiq olunan 4 sanksiya paketi çərçivəsində rusiyalı oliqarxların aktivləri üzərinə həbs qoyulub, bir çox ölkə onların super yaxtalar, təyyarələr və daşınmaz əmlak kimi aktivlərini müsadirə edib.

Təkcə İtaliyada üzərinə həbs qoyulan aktivlərin dəyəri 780 milyon avroya çatır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.