Azərbaycan xiyarı 15 manat – Köhnə məzənnə ilə və Rusiyada… – FOTO

22-03-2022, 00:05           
Azərbaycan xiyarı 15 manat – Köhnə məzənnə ilə və Rusiyada… – FOTO
Rusiyanın Kemerovo vilayətinin Kuzbass şəhərinin sakinləri yerli bazarlarda Azərbaycan və Özbəkistan pomidorlarının qiymətlərini görəndə şoka düşürlər.

İndi Kuzbassda çəhrayı Özbəkistan pomidorunun kiloqramı 607 rubldan satılır. Bu qiymətin fotosunu sakinlərdən biri çəkib “Vkontakte” sosial şəbəkə hesabında paylaşıb. Fotonun altından başqa bir istifadəsi Azərbaycan pomidorunun və xiyarının daha baha olduğunu yazıb. Və “Luks Azərbaycan” növündən xiyarın bir kiloqramının supermarketlərdə 650 rubla satıldığını bildirib.

“Kim daha çox verər?”, – qadın “pomidor hərracına” eyhamla yazıb.

Sosial şəbəkə istifadəçiləri bu cür baha qiymətə pomidoru almamağı məsləhət görürlər, deyirlər ki, alıcı olmasa mal qalıb xarab olacaq, nəticədə onu ucuz satmağa məcbur olacaqlar.

Lakin Rusiya rublunun indiki halına baxanda Azərbaycan xiyarı bu ölkədə heç də baha sayılmaz. Doğrudur, Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə götürəndə Azərbaycan xiyarının qiyməti az qala 6,5 dollardır, amma “qara bazarda” 1 dolların indi 300 rubldan da baha satıldığını nəzərə alanda 650 rubl cəmi 2 dollara yaxın edir. Bu isə az qala Bakı bazarlarındakı qiymətə yaxındır.

Amma məsələ ondadır ki, cəmi ay yarım əvvəl dollar 73,5 rubl idi. Yəni, 650 rubl o zamankı məzənnə ilə 8,8 dollar edir. Ölkədə isə gəlir artmayıb, əksinə azalıb və iş yerləri itirilir. Beləliklə, bir kiloqram xiyarın qiyməti köhnə məzənnə ilə təxminən 15 manat eləyir… (virtualaz)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.