Rusiya sanksiyaları dəstəkləməyənlərlə 360 milyardlıq ticarət edib

22-03-2022, 00:05           
Rusiya sanksiyaları dəstəkləməyənlərlə 360 milyardlıq ticarət edib
Rusiya Federasiyasının Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməyən ölkələrlə ticarət dövriyyəsi 2021-ci ildə təxminən 46% təşkil edib. AzVision.az xəbər verir ki, bu barədə FinExpertiza beynəlxalq audit və konsaltinq şəbəkəsinin araşdırmasında deyilir.
Qeyd olunub ki, Rusiyanın 2021-ci ildə Qərbin sanksiyalarını dəstəkləməyən ölkələrlə ticarət dövriyyəsi 359,8 milyard dollar və ya bütün xarici ticarətin təxminən 45,8%-ni təşkil edib: ümumi ixracın 44,2%-i və idxalın 48,6%-i.

Müəlliflər vurğulayır ki, geosiyasi gərginliyin yeni kəskinləşməsindən əvvəl Rusiyanın əsas ticarət tərəfdaşı Avropa İttifaqı (Aİ) olub. Onun Rusiya ticarət dövriyyəsindəki payı 2021-ci ildə 36% (282 milyard dollar) təşkil edir (Rusiya ixracının 38,3%-i və idxalının 32%-i).
Eyni zamanda, Rusiyanın ikinci ən böyük tərəfdaşı Çindir. Onun payı 17,9% (140,7 milyard dollar) - bütün ixracın 13,8%-i, idxalın 24,8%-i təşkil edir.

Üçüncü yeri MDB ölkələri tutur. “Rusiyanın keçmiş sovet bloku ölkələri ilə ümumi ticarət dövriyyəsindəki payı 12,2% (96 milyard dollar) təşkil edir: ixracın 13,1%-i və idxalın 10,7%-i.
Tədqiqat müəllifləri vurğulayırlar ki, Rusiya ticarət dövriyyəsinin yarıdan çoxunun tarixən sanksiyaları dəstəkləyən ölkələrin payına düşməsinə baxmayaraq, son illərdə bu pay tədricən azalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru