Rusiya iqtisadiyyatına daha bir zərbə

24-03-2022, 17:21           
Rusiya iqtisadiyyatına daha bir zərbə
“Renault” avtomobil şirkəti fəlaiyyətini dayandırdı.

Fransanın nəhəng şirkətlərindən biri - avtomobil istehsalçısı “Renault” Rusiyadakı şirkətini bağlamaq barədə qərar verib.
Bu barədə “Euronews” xəbər yayıb.

Qərarın alınmasına Rusiya-Ukrayna müharibəsi başlanan gündən şirkətə qarşı etirazlar təsir edib. “Sherg.az” “Milliyet.com”a istinadən xəbər verir ki, şirkətdən verilən açıqlamada “Renault Grupu Mockvadakı fəlaiyyətini bu gündən etibarən dayandırır” bildirilir.

Şirkətin fəaliyətini dayandırmasıyla gəlirlərinin azalacağı məlumdur. Lakin şirkət adının işğalçı ölkə ilə yanaşı çəkilməsini, nüfuzuna xələl gəlməsini istəmir.

Qeyd edək ki, Ukrayna prezidenti V.Zelenski bir müddət öncə səsləndirdiyi müraciətdə xarici şirkətləri işğalçıya dəstək olmamağa, günahsız insanların qətlinə “sponsrluq” etməkdən əl çəkməyə çağırmışdı.
Adıçəkilçən şirkət fəaliyyətini dayandırmasını Zelenskinin müraciətinə görə deyil, şəxsi qərarları olduğunu açıqlasa da, işğalçını dəstəkləyən kimi görünməkdən çəkindikləri də aşkardır.

Fransanın “Leroy Merlin” şirkəti isə sanksiyalara rəğmən Rusiyada fəaliyyətini davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru