Beyləqanın icra başçısı yenidən pul yığır - İDDİA

12-04-2016, 17:06           
Beyləqanın icra başçısı yenidən pul yığır - İDDİA
Beyləqandakı idarə və müəssisə rəhbərlərindən qanunsuz pul yığılır.
Vizual.az-a verilən xəbərə görə, Beyləqan rayon icra başcısı Vaqif Abdullayev yeni inşa edilməkdə olan Bayraq muzeyinin tikintisi üçün xərac toplayır.
Muzeyin inşasına 2015-ci ilin oktyabrında başlanılıb. Artıq binada dəmir-beton və hörgü işləri başa çatıb. Bayraq Muzeyinin ərazisində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq, işıqlandırma sistemi quraşdırılacaq. İnşaat işlərinin mayadək başa çatdırılması nəzərdə tutulur.
Muzey binasında müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, həmçinin bayraqların uc elementləri, gerblər və sair sərgilənəcək.
Məlumatda deyilir ki, icra başçısı iş adamlarından da muzey pulu yığdırır. Bu da rayonda ciddi narazılıq doğurub. Cəbhə xəttində bayraq, vətən uğrunda döyüşlərin getdiyi, şəhidlər verildiyi bir zamanda Bayraq muzeyi üçün pul yığdıran icra başçısı həmin layihənin inşasına ayrılan vəsaitin hara xərcləndiyi haqda hesabat verməlidir. Dövlətin pullarının peşkəş edən məmurların isə artıq bu əməllərinin araşdırılması başlanıb.
Prezidentin məmurlara etdiyi xəbərdarlıq isə görünür, V.Abdullayevin vecinə olmayıb. Onu da deyək ki, bir müddət əvvəl Beyləqan Mərkəzi Şəhər Stadionunun çökməsi barədə xəbər verilmişdi. Dövlət büdcəsindən ayrılan bir milyon manatın sərf olunduğu stadion o qədər də gücü olmayan qarın ağırlığına tab gətirməyib və çöküb.
28 avqust 2014 tarixində Prezident İlham Əliyevin Beyləqana rəsmi səfəri zamanı açılışı həyata keçirilən stadionun inşası üçün dövlət başçısı bir milyon manat vəsait ayırıb. Amma aparılan tikinti işlərinin keyfiyyətsizliyi nəticəsində stadion il yarımdan sonra çöküb.
Vaqif Abdullayev şəhər stadionunun tikintisini "İSPİK" MMC adlı tikinti şirkətinə həvalə edib. Özü də heç bir tender elan edilmədən. Məlumata görə, bu zaman şirkət rəhbərliyi ilə icra başçısı arasında "centlemen" rahılaşma əldə olunub. Vaqif Abdullayev "İSPİK" MMC-yə 600 min manat müqabilində stadionun tikintisini həvalə edib. Dövlət büdcəsindən ayrılmış qalan 400 min manat vəsait isə mənimsənilib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.