Bəhman Rəhimovun oyunbazlığı - Dövlət büdcəsindən 25000 manat yoxa çıxıb
12-04-2016, 22:19
Kəlbəcər rayon məktəbində özbaşınalıq, yoxsa Bəhmən Rəhimov dövlət büdcəsinə 25000 manat ziyan vurub?
teref.az xəbər verir ki, bu barədə xia.az saytı məlumat əldə edib. Belə ki, əldə etdiyimiz məlumata əsasən Kəlbəcər rayon məktəblərinin birində saxta sənədlərlə ümumilikdə dövlət büdcəsinə 25000 manatdan çox ziyan vurulub. Bu barədə xia.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə adı olub özü almayan müəllimlərə saxta bületeyinlə xəstəlik pulu və saxta jurnallarla küllü miqdarda pul ayrılıb. Adına karta yüklənən şəxsin isə bu barədə məlumatı olmadığı bildirilir.
Media olaraq bu saxta bületeyin verən xəstəxana barədədə araşdırmalara başlamışıq.
Qeyd edim ki, faktla bağlı araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq! teref.az