Füzulinin icra başçısı təhdidə başladı

12-04-2016, 22:47           

Alı Alıyev baş redaktorun «dərisinə saman təpdirəcəyi» hədəsini yollayıb

Bu gün JAM.AZ-da Füzuli rayonunun icra başçısı Alı Alıyev və oğlu ilə bağlı yazı yayımlanıb. Həmin yazıda vurğulanır ki, Alıyev artıq işi o həddə çatdırıb ki, şəhid ailələrinə də qarşı hörmətsizlik edir. Çünki onun iştirakı olmadan heç bir dəfn prosesi keçirilmir. Həmçinin dəfn prosesinə də saatlarla gecikməkdən qalmır.

Politika.az saytının məlumatını yayımlayan JAM.AZ-ın rəhbərliyi artıq icra başçısı tərəfindən təhdid olunmaqdadır. Belə ki, bir neçə saat əvvəl Alı Alıyevin əlinin altındakı adamlar saytımızın şərh bölümünə yazaraq, hədyanlar yağdırırlar. Onlar JAM.AZ-ın baş redaktorunu hədələyərək onun dərisinə saman təpəcəklərini bəyan ediblər.

Məsələ ilə bağlı açıqlama verən Fikrət Fəraməzoğlu bildirib ki, Alı Alıyevin adamlarının bu təhdidlərinə toxdur. Onun sözlərinə görə, Füzulinin icra başçısı artıq başını itirib və nə edəcəyini heç özü də bilmir. «Əvvəla dərc olunmuş yazı istinaddır. İkincisi, Alıyevin polisdə işləyən oğlunun Bakıda olması məgər sirrdir? Yoxsa, icra başçısının müavini Bağır Aslanovun bacısı oğlunun DYP rəisini döyməsi yalandır? Təhdid edənlər iddia edirlər ki, guya, şəhid ailələrinin adından istifadə edirik, təxribatla məşğul oluruq. Həqiqəti yazmaq təxribatçılıqdırsa, o zaman qəbul edirik. Biz Alı Alıyev kimi kasıbın, imkansızın, şəhid ailəsinin 5-3 manatına göz dikmirik. Bu gün Füzuli rayonunda nələrin yaşandığını bilməyən yoxdur. İcra başçısı da özünün cəsarəti çatmadığından, əlinin altındakı küçə uşaqlarını qabağa verdirib, bizi təhdid etdirməsin. Biz faktla danışırıq. Yalandısa, buyurub isbat etsinlər».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.