“Nərgiz” klinikası əməkdaşları qanunsuz işlədib

30-03-2022, 11:10           
“Nərgiz” klinikası əməkdaşları qanunsuz işlədib
Bakıda tanınmış “Nərgiz” klinikası barəsində məhkəmə iddiası qaldırılıb.

Teref.az xəbər verir ki , klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozub.

Belə ki, tibb mərkəzinin rəhbərliyi sertifikasiyadan keçməyən şəxslərin tibb fəaliyyətinə buraxılmasına icazə verib. Klinika barəsində tərtib olunmuş cərimə protokolu Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 8 min manatadək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, “Nərgiz” Klinikası 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir, rəhbəri tibb elmləri doktoru Məlahət Qəhrəmanovadır.Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. /Kriminalqafqaz.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.