“Nəticələr ləğv edilməli, MİDA rəhbərliyi cəzalandırılmalıdır” – ETİRAZLAR KÜTLƏVİ HAL ALIR

31-03-2022, 12:02           
“Nəticələr ləğv edilməli, MİDA rəhbərliyi cəzalandırılmalıdır” –
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Zahir Rəhimov status paylaşıb: “Hörmətli Osman Gündüzün MİDA-nın mənzil seçimi haqqında statusuna yazdığım şərhi burda da ayrıca paylaşıram:
1. Botla mənzil seçənlər varsa, əvvəlllər olubsa, buna cəhdlər edilibsə, indi də varsa- MİDA niyə hüquq-mühafizə orqanlarına müraciət edib onların cəzalandırılmasına çalışmayıb? Loglar, İP adreslər, daxil edilən məlumatlar əsasında bunu müəyyənləşdirmək çox asandır. Bunu etmirsə, demək MİDA səmimi deyil, açıqladığı və sizin də istinad etdiyiniz məlumat güvənilir deyil.
2. Bəlkə heç ümumiyyətlə onlayn seçim filan bir tamaşadır? Tamaşa deyilsə də hoqqabazlıq səviyyəsinə endirilib.
3. Açıq-şəffaf seçim, növbəli mexanizm bundan min dəfə abırlı olardı.
4. Nəticələr ləğv edilməli, vətəndaşların dövlətə inamını manipulyasiya edənlər cəzalandırılmalıdır!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru