Vətəndaşları sərhədimizdən buraxmırlar - NK nəyi gözləyir?

31-03-2022, 12:03           
Vətəndaşları sərhədimizdən buraxmırlar -
Rusiyadan ölkəmizə qayıtmaq istəyən həmvətənlərimiz təyyarə biletlərinin bahalaşması səbəbindən problem yaşayırlar. Azərbaycanda quru sərhədlərinin bağlı olması vəziyyəti daha da çətinləşdirir. Pandemiya ilə bağlı bir çox qadağaların götürüldüyü bir vaxtda Nazirlər Kabineti quru sərhədləri ilə bağlı qərarını niyə dəyişmir? Teref.az-ın məlumatına görə, bununla bağlı Axar.az-a açıqlama verən millət vəkili Zahid Oruc deyib ki, quru sərhədlərinin bağlı olması ilə əlaqədar Milli Məclisə, o cümlədən mənə çoxlu müraciətlər gəlir.

O qeyd edib ki, bu məsələ parlamentin mart ayında keçirilən iclasında da səsləndirilib:

“Baş nazir vurğuladı ki, bu məsələ Operativ Qərargahın, eyni zamanda hökumətin diqqət mərkəzindədir. Lakin açıq danışsaq, problemin görünməyən hissəsi ətrafında tam məlumatlar ictimailəşmədi. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir vətəndaşın hüquq və mənafelərinə diqqətlə yanaşmalı, qayğı göstərməliyik. Pandemiya elə arzuolunmaz vəziyyət yaratdı ki, ən qabaqcıl dünya ölkələri belə ekstremal addımlar ata bilmədilər. Hər kəs başa düşməlidir ki, Azərbaycan dövləti bütün bu çağırışların fərqindədir. Operativ Qərargah tərəfindən bu məsələ geniş təhlil edilir. İnanırıq ki, quru sərhədlərinin açılması ilə bağlı cəmiyyəti qane edən bir qərar veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru