Turistlərin Azərbaycana gəlməsinə mane olan əsas 2 SƏBƏB – Düzəlməyəcək?

31-03-2022, 12:42           
 Turistlərin Azərbaycana gəlməsinə mane olan əsas 2 SƏBƏB – Düzəlməyəcək?
“Ölkəmizin bəzi çimərliklərindəki vəziyyət ürəkaçan deyil. Bu da turistlərin cəlb edilməsində əngəl faktorlardan biridir”. Teref.az xəbər verir ki, bu barədə Bizim.Media-ya açıqlamasında Azərbaycan Turizm Assosasiyasının İdarə Heyyətinin sədri Əhməd Qurbanov söyləyib.

Əhməd Qurbanov bildirib ki, Azərbaycanda turizim infrastrukturu son illər daha da inkişaf edib. Amma ölkəyə turistlərin cəlb edilməsi üçün bir çox amillər rol oynayır:

“Hazırda Rusiyaya tətbiq olunan sanksiyalar bu ölkənin turistlərinin bir qisminin Azərbaycana gəlişi labüs edir, amma mane olan səbəblər də var. Bildiyiniz kimi, rus turistlər əsasən çimərlik turizmini bəyənirlər. Misal üçün qonşu Türkiyəyə axınları da bir növ bununla bağlıdır. Təəssüflər olsun ki, bəzi çimərliklərimizdəki vəziyyət ürəkaçan deyil, amma onların istəklərinə cavab verəcək yerlər tapmaq mümkündür”

Azərbaycan Turizm Assosasiyasının İdarə Heyyətinin sədri qeyd edib ki, belə bir məqamda xüsusilə dənizkənarı otellərin sayını artırmaq lazımdır:

“Daha yaxşı pul qazanmaq üçün xidmət səviyyəmizi mütləq olaraq artırmalıyıq. Nəinki beşulduzlu, eləcə də iki və üçulduzlu otellərin də sayı artmalıdır ki, qiymətdə rəqabət yaradıb keyfiyyətli xidmətə nail ola bilək”.

Turizm üzrə ekspert Ruslan Quliyev isə açıqlamasında bildirib ki, pandemiya şərtləri turistlərin ölkəmizə keçidini də məhdudlaşdırıb. Belə bir vaxtda hava nəqliyyatı da qiymət baxımından əlçatan olmalıdır:

“Qiymət faktoru, logistika və tətbiqlər çox önəmlidir və əvvəllər də həftə sonu turları çox maraqlı olub. Həmçinin kulinariya və şərab turları da bura daxildir.

Rəqabət qabiliyyətli turizm məhsullarının ortaya qoyulması və yerli biznesin dövlət tərəfindən dəstəklənməsi də önəmli amillərdən biridir. Bu sahədə hava yollarının üzərinə xüsusi bir iş düşür.

Məncə bu sektorda liberallaşdırma davam etdirilməlidir və hava nəqliyyatı qiymət baxımından əlçatan olmalıdır ki, Azərbaycanın turizm imkanlarından istifadə etmək üçün nəinki Rusiyalı digər xarici turistlər də asanlıqla gələ bilsinlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru