MİDA-nın açıqladığı rəqəmlər 2-5 saniyə seçimi ilə uyğunlaşmır - AÇIQLAMA

31-03-2022, 17:01           
MİDA-nın açıqladığı rəqəmlər 2-5 saniyə seçimi ilə uyğunlaşmır - AÇIQLAMA
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sonuncu onlayn satışdan sonra rəsmi olaraq iki məlumat paylaşıb. Birincisi hansısa, elə də ictimai əhəmiyyət kəsb etməyən press relizdir, digəri isə satışla bağlı statistikadır.

MİDA-nın rəsmi statistikası, sosial mediadakı narazılıqlar və mənzil seçimi ilə bağlı 2-3-4-5 saniyə məsələləri ilə uzlaşmır.

Teref.az-ın məlumatına görə, bunu İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, MİDA-nın açıqlamasına görə, mənzil seçimi 6-cı saniyədən sonra başlayıb. Bir çoxları isə iddia edir ki, 2-3-4-5 saniyə ərzində sistemə daxil olub, lakin seçim üçün mənzillər tapmayıb:

"Bu baxımdan, düşünürəm ki, MİDA-nın rəsmi statistikadakılar və irəli sürülən iddialara aydınlıq gətirməsi doğru olardı. Bununla bağlı daha ətraflı data açıqlanmalıdır".

O. Gündüz vurğulayıb ki, MİDA hər bir iddiaçının satışla bağlı real vəziyyətini əks etdirən log faylları açıqlamalı, botlarla bağlı məsələyə aydınlıq gətirməli, "Güzəştli mənzil " sisteminin botlara qarşı nə dərəcədə güvənli olmasına ağlabatan bir açıqlama verməli, ümumiyyətlə ictimai əhəmiyyət kəsb edən bütün məlumatları açıqlamalıdır.

"MİDA-nın ötən gün baş tutan onlayn satışı ilə bağlı cəmiyyəti narahat edən xeyli məsələlər var ki, hələlik onların müəyyən hissəsinə aydınlıq gətirilməyib", - deyə ekspert əlavə edib. //"Ölkə.Az"//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.