"Qarabağ əlili olaraq bu gündən sabaha yaşamaq ümüdüm yoxdur" - 2-ci qrup müharibə əlili prezidentə müraciət etdi

8-05-2015, 10:40           
"Qarabağ əlili olaraq bu gündən sabaha yaşamaq ümüdüm yoxdur" - 2-ci qrup müharibə əlili prezidentə müraciət etdi
Şəki şəhər, Təpəcənət kənd sakini, 2-ci qrup Qarabağ müharibə əlili, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə yenidən eyni problemlə əlaqədar müraciət ünvanlayıb. Müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir:

"Hörmətli Cənab Prezident! Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən 2-ci qrub Qarabag əlili hal-hazırda heç bir yerdə işləmirəm, 18 il Silahlı Qüvvələrdə xdmət dövründə evlə təmin olunmamışam, yaşamağa evim yoxdur, 4 nəfər ailə üzvlərimlə birlikdə qardaşımın himayəsində olmaqla onun evində qalıram, qardaşımın evi kiçik olduğundan yaşayış tərzimiz qeyri qənaətbəxşdir. 2013-cü ilin mart ayında Qarabag müharibə əlili kimi Şəki şəhərində ev qeydiyyatına götürülmüşəm. Ancaq bu günə qədər evlə təmin olunmamışam. Dəfələrlə müraciətimə baxmayaraq Qarabağ müharibə əlilinə, qazasinə biganə münasibət bəslənilir. Bu barədə mənə kömək edəcəyinizə inanıram.

Qeyd etmək istəyirəm ki, 27.03.2014-cü il tarixdə İqdisadiyyat və Sənaye Nazirliyindən cavab olaraq yazılmışdır ki, gələcək illərdə Qarabağ əliləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin davam etdirilməsi məqsədi ilə Şəki şəhərində yaşayış binası inşa edilərkən mənzillə təmin olunmağınıza baxılacaq.

Sizin müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında verdiyiniz sərəncam aidiyyatı orqanların rəhbərləri tərəfindən icra edilməyərək qalmaqdadır, digər istiqamətlərə yönlənilməkdədir. Mən adi insanlar kimi yox, Qarabağ əlili olaraq bu gündən sabaha yaşamaq ümüdüm yoxdur, yəni Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığım xəsarətlərdən ağır xəstəyəm.

Hörmətli Cənab Prezident! Azərbaycan Respublikasının müharibə əlilləri haqında qanunların tələblərinin icra edilməsinə və mənim tez bir zamanda mənzillə təmin olunmağım barədə aidiyyatı şəxslərə ciddi göstəriş verməyinizi xahiş edirəm".

Bütün maraqlı tərəflərin də münasibətlərini işıqlandıra bilərik...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.