ADB: "Bu il Azərbaycan iqtisadiyyatı 3,7 % böyüyəcək"

6-04-2022, 11:45           
ADB: "Bu il Azərbaycan iqtisadiyyatı 3,7 % böyüyəcək"
Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempinin 3,7 % olacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri (ADO) 2022” hesabatında bildirilir.

Sənədə əsasən, gələn il isə Azərbaycan iqtisadiyyatı 2,8 % böyüyəcək.

Xatırladaq ki, bu ilin 2 ayında Azərbaycanda istehsal olunmuş ÜDM-in dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% artaraq 19 175,2 milyon manata, o cümlədən qeyri neft-qaz ÜDM-nin dəyəri 10,1% artaraq 9 689,9 milyon manata çatıb. Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 1 910 manat olub ki, bu da illik müqayisədə 6,3% çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru