Bu şəxslərə güzəştlər ediləcək: bahalaşmaya qarşı yeni qərar - VİDEO

6-04-2022, 12:44           
Bu şəxslərə güzəştlər ediləcək:
Azərbaycanda sahibkarlar üçün yeni güzəştlər nəzərdə tutulub.
Antiinfilyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi hazırlanır.
Sahibkarlığın İnkişafı Fondunun müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov "Xəzər Xəbər"ə bildirib ki, güzəştlər minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub.
İsmayıl Hüseynov qeyd edib ki, yeni qərar bazarda qiymət artımının qarşısını almaq məqsədi ilə verilib.
Qeyd edək ki, nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru