Beyləqanda icarədarlar etiraza qalxdı - Başçıya etiraz
14-04-2016, 16:33
Bu gün Beyləqan rayonunda etiraz aksiyası keçirilib.
Rayondan Gunxeber.com-a daxil olan məlumata görə, Beyləqan “Dostluq” Qoyunçuluq-Damazlıq MMC-nin ərazisində olan torpaq sahələrinin uzunmüdətli icarə müqavilələri ləğv edildiyindən icarədarlar bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyada xeyli adam iştirak edib və onlar müqavilələrinin bərpasını tələb ediblər. Bu məsələyə görə icra başçısı Vaqif Abdullayevi günahlandıran və onun ünvanına sərt sözlər işlədən aksiya iştirakçıları müqavilələri bərpa olunanadək aksiyaları davam etdirəcəklərini bildiriblər. Vəziyyətin getdikcə gərginləşdiyini görən rayon rəhbərliyi aksiyanın dağıdılması üçün polis qüvvələrinin köməyindən istifadə edib