Məşhur Saatlı bazarı bu gün zibillik içində batanlardan ən öndə gedənidir
14-04-2016, 16:41
Bu gün əksər bazarlardakı durum, oradakı antisanitariya, çəkidə aldadılma, xarab olmuş məhsulların satılması və digər amillər artıq hər kəsə məlumdur. Çünki bazar əhalinin ən çox üz tutduğu məkanlardan biridir desək, yanılmarıq.
Əslində həmişə daha çox bazarlardakı qiymətlərdən, qiymətlərin baha olmasından danışmışıq. Bu dəfə isə, bazarlardakı bahalıqdan yox, sanitar-gigiyenik vəziyyətdən söz açacağıq. Məşhur Saatlı bazarı da bu gün zibillik içində batanlardan ən öndə gedənidir. Bunun şahidi olmaq üçün isə bazara bir addım atmaq kifayət edir. Çünki bazara addım atar-atmaz üfunət iyi sanki adamı geri itələyir. Səbəb isə bu bazarda həmişə antisanitar vəziyyətin hökm sürməsidir. Bazara nə vaxt daxil olsan, orada qalaqlanmış zibil tullantılarını, ayaq altında qalan meyvə-tərəvəzi, zibil sellofanlarını görmək mümkündür.Bundan əlavə bu bazar bazardan daha çox metalluma oxşayır.
Soruşanda ki,bu bazar niyə bu gündədir?Özlərini müdafiə etmək üçün söz tapa bilmədiklərinə görə bizi təhqir etdilər.
Görünür sadaladığımız nöqsan və problemlər hələ bir müddət də olduğu kimi qalacaq. Çünki həmin problemlərin həlli istiqamətində illərdir ki, heç bir addım atılmır və heç atılana da oxşamır.
[media=https://www.youtube.com/watch?v=-B-DzIDZ2lE]