“QOCALAR EVİ”NİN DİREKTORU HAQDA TÜKÜRPƏDİCİ FAKTLAR

15-04-2016, 20:30           
“QOCALAR EVİ”NİN DİREKTORU HAQDA TÜKÜRPƏDİCİ FAKTLAR
Qocalar evində dəhşətli anlar.

teref.az Qaynarxett.info-ya istinadən xəbər verir.
Ədilə xanım Qocalar evini deyəsən özünün şəxsi mülkü hesab edir

Ölkə mətbuatında Bilgəh qəsəbəsində yerləşən Qocalar evində baş verənlər barədə mütəmadi olaraq materiallar dərc edilir. Lakin hansısa sirli qüvvə direktor Q.Əsədovanı həmişə sudan quru çıxarır. Baxmayaraq ki, dərc edilən materiallarda söhbət ciddi faktlardan gedir, heç bir qurum göstərilən faktları araşdırmağa belə cəhd eləmir.

Qətibə xanım isə rəhbərlik etdiyi müəssisədə baş verənlərə münasibət öyrəndikdə həmişə eyni cavabı verir. " Yazdıqlarınız yalandır".
Bu mənada direktorla haradasa razılaşmaq olar. Çünki adı çəkilən müəssisəyə daxil olub orada baş verənləri yerində araşdırmaq tamamilə mümkünsüzdür. Bu baxımdan nəyin həqiqət, nəyin yalan olmasını qeyd etmək müşkülə çevrilir. Amma ən dəqiq qiyməti zaman verir. Vaxt keçdikcə artıq cidanı cuvalda gizlətmək mümkün olmur. Dediklərimizi sübuta yetirmək üçün faktlara söykənən məlumatları oxucularımızın çatdırmaq istəyirik.

Alınan məlumatda bildirilir ki. bu yuvanın yaşlı sakinlərinin pensiya kartı əlindən alınır. Bu özbaşınalığın arxasında Q.Əsədovanın olduğu iddia edilir. O da bildirilir ki, direktor dövlətin ayırdığı ərzaq payını ahıllardan əsirgəyərək mənimsəyir. Onun bu əməllərinə qarşı yaşlılar heç bir şikayət edə bilmir. Q.Əsədova da fürsətdən sui-istifadə edərək “Qocalar evi”ni talayır. Qeyd edək ki, Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatının rəhbərliyinin bu yarıtmaz fəaliyyəti ucbatından nə dövlət vəsaiti, nə də ayrılan yardımlar tamlığı ilə ahıllara çatdırılır. Bir çox hallarda qocalar yarıac vəziyyətdə əziyyət çəkərkən, bu müəssisənin rəhbərliyi fantastik var-dövlət sahibinə çevrilib. Direktor Qətibə Əsədova əvvəllər Şağan qəsəbəsindəki əqli cəhətdən zəif uşaqlar üçün 3 saylı internatda direktor işləyib. Sonradan Saray qəsəbəsində yerləşən 7 saylı internata təyinat alıb. Müharibə və Əmək Əlilləri üçün Pansionatının üç mühafizəçisinə ümumilikdə 4600 manat məvacib ayrılıb. Reallıqda həmin mühafizəçilərin hər biri cəmi 300 manat alır ki, bu da toplandıqda 900 manat edir. Yerdə qalan pul isə direktor və onun əlaltısı tərəfindən mənimsənilir.
Qarşı tərəfin fikirlərini dinləyə bilərik!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.