TƏHSİL NAZİRLİYİ "QAÇQIN MƏKTƏBLƏRİ"NDƏN PUL TOPLADIR - İTTİHAM

15-04-2016, 20:32           
TƏHSİL NAZİRLİYİ "QAÇQIN MƏKTƏBLƏRİ"NDƏN PUL TOPLADIR - İTTİHAM
Ötən yazılarda dəfələrlə ölkənin təhsil sistemində həyata keçirilən əsaslı islahatlar və bu islahatların bir çox məqamlarda artıq özünü büruzə verən müsbət nəticələri barədə materiallar dərc edilib.

teref.az xalqxəbər-ə istinadən xəbər verir.

Lakin həmin materiallarda belə bir faktı da vurğulanmayıb ki, bu sahədə islahatların səmərəliliyi çox vaxt respublikada həyata keçirilən antikorrupsiya tədbirlərinin effektivlik göstəricilərindən bilavasitə asılı olur. Həmçinin biz dəfələrlə belə bir faktı da xüsusi olaraq qeyd etmişik ki, respublikanın Təhsil Nazirliyi hələ də rəhbərlik etdiyi sahənin korrupsiyanı mühafizə edən kadrlardan təmizlənməsi işində qəti mövqe nümayiş etdirmir. O cümlədən daxil olan məlumatlarda Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənovanın da fəaliyyətinə dair ciddi narazılıqlar öz əksini tapır. Bu xüsusda təqdim olunan açıqlamalarda vurğulanır ki, bu gün Cədrayıl RTŞ üçün xarakterik olan qanun pozuntularından biri yalnız kağız üzərində mövcud olan məktəblərin fəaliyyəti ilə bağlıdır.

Bu tip tədris müəssisələrinin fəaliyyəti əsasən köhnə tarixlə təsdiqlənmiş saxta sənədlərin verilməsi, əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqi ilə dövlət vəsatlərinin mənimsənilməsi üzrə istiqamətləndirilir. İddialara görə, Validə Həsənovanın sərəncamında hələ bir neçə ay bundan öncə bağlanmış bir neçə orta məktəbin yexniki işçilərinin maaş kartları da var. Digər tərəfdən isə real məktəb və uşaq bağçalarından yığılan aylıq pullar, həmin müəssisələrin ehtiyacları üçün ayrılmış vəsaitlərin mənimsənilməsi halları da aldığımız məlumatlarda ətraflı əks olunmuşdur. Daha sonra daxil olan məlumatda Validə Həsənovanın Cəbrayıl təhsilinin başına açdığı oyunlar, məktəblərdə dərs saatlarının alver predmetinə çevrilməsi, şöbə müdirinin məktəb direktorlarına aylıq haqq kəsməsi və digər bu qəbildən olan ittihamlardan söz açılır. İddia olunur ki, müəllimlər dərs saatı almaq üçün Validə Həsənovaya rüşvət verməyə məcbur qalırlar. RTŞ müdiri isə, rəhbərlik etdiyi qurumu öz şəxsi şirkəti kimi idarə edir. Bu xüsusda aldığımız məktublardan birində oxuyuruq:

"Hər tədris ilinin başlanğıcında sinif alverinə başlanır. Validə Həsənova aylıq qoyduğu məbləği "düzgün” verməyən məktəbdən sinifləri kəsərək, özünə yaxın direktorlara satır.Bundan başqa isə, şöbə müdiri rayon məktəblərinin hər birinə aylıq haqq qoyub. Validə Həsənova bütün məktəb direktorlarına göstəriş verib ki, onlar ay ərzində şöbəyə deyilən məbləği gətirməlidirlər. Əks təqdirdə direktorlar tutduğu vəzifələrindən qovulacaqları ilə hədələnirlər. Və yaxud da pul verməyən məktəblərdə dərs saatları aşağı salınır. Vəzifəsindən və şərlənməyindən qorxan məktəb direktorları isə, RTŞ müdirinin hədə-qorxuları qarşısında məcbur qalıb həmin məbləği hər ay ödəməli olurlar...” Mənbənin bildirdiyinə görə, məktəb direktorları həmin məbləği müəllimlərin aylıq maaşlarından tutmalı olurlar. Direktorlar hər ay müəllimlərin əmək haqqından 10-20 manat civarında tutmaqla bu məbləğin bir hissəsini düzəldə bilirlər. Qalan məbləğ isə şagirdlərdən yığılan vasait hesabına "düzələrək” şöbə müdirinin cibinə gedir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.