Səfər Mehdiyevin Ukraynaya mənfi münasibəti nədən qaynaqlanır? - GÖMRÜK KOMİTƏSİ İNDİ DƏ QAÇQINLARIN MAŞININI ÖLKƏYƏ BURAXMIR

13-05-2022, 00:05           
Səfər Mehdiyevin Ukraynaya mənfi münasibəti nədən qaynaqlanır? -
Səfər Mehdiyevin Ukraynaya mənfi münasibəti nədən qaynaqlanır? - GÖMRÜK KOMİTƏSİ İNDİ DƏ QAÇQINLARIN MAŞININI ÖLKƏYƏ BURAXMIR
Azərbaycan Gömrük Komitəsinin ictimai qınaq doğuran və bir çox hallarda qanunsuzluqlara söykənən fəaliyyəti ənənə halını almaqdadır.
Bir müddət əvvəl Ukraynaya məxsus yük maşınlarından əlavə ödənişlər tələb edən gömrük bu dəfə ölkəmizə pənah gətirən qaçqınlara problem yaradıb.

Teref.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Gömrük Komitəsi Azərbaycana gələn ukraynalı qaçqınların avtomobilini ölkə ərazisinə buraxmır.
Belə ki, müxtəlif bürokratik maneələr yaradan gömrük orqanı onları sərhədlərdə saxladır.

Onu da vurğulayaq ki, Rusiyanın hərbi cinayətlərindən xilas olmaq üçün başqa ölkələrə üz tutan Ukrayna vətəndaşları arasında soydaşlarımız da var.
Dövlət Gömrük Komitəsinin bu hərəkəti Qaçqınların statusu haqqında Konvensiyanın 8, 13 və 17-ci maddələrinin kobud şəkildə pozulmasıdır. DGK-nin belə davranışı beynəlxalq öhdəliyin pozulmasıdır və məsuliyyət yaradır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.