Deputatdan nazirliyə ETİRAZ: “Bizim təkliflərin əksəriyyəti qəbul olunmur”

13-05-2022, 13:18           
Deputatdan nazirliyə ETİRAZ:
“Bizdə sosial sahələrlə bağlı problemlər qaldırılsa da, onlar öz həllini tapmır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat problemin həlli üçün təkliflə çıxış edib:

“Təklif edirəm ki, Milli Məclisin İqtisadi siyasət və Sosial Siyasət komitələrinin bir qrup deputatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə görüş keçirək. Bizim öz, onların da öz arqumentləri var. Bizim faktiki olaraq verdiyimiz təkliflərin əksəriyyəti qəbul olunmur. Bizim birlikdə görüş keçirib, sözügedən məsələləri yoluna qoymağımız lazımdır ki, eyni problemlər hər dəfə təkrarən səsləndirilməsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.