“Hindistanın dərdi pul dərdidir, taxıl satmayacaqlar” – Ekpsertdən AÇIQLAMA

15-05-2022, 00:03           
“Hindistanın dərdi pul dərdidir, taxıl satmayacaqlar” –
"Rusiya, Ukrayna və Qazaxstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra bir çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bu gün isə bildirildi ki, Hindistan da taxıl ixracına qadağa qoydu”.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. Ekspert Hindistanın taxılı daha baha satmaq niyyətində olduğunu deyib:

"Məlum ölkələr taxıl ixracına məhdudiyətlərdən sonra Hindistan 30 ölkəyə ( Azərbaycan da daxil olmaqla) taxıl ixrac edə biləciyilə müraciət etdiyini bildirmişdi. Bu məsələ beynəlxalq mətbuatda da işıqlandırılmışdı. İndi isə ixraca qadağa qoyulması əvvəlki xəbərlə təzad təşkil edir. Buna görə xəbərin detallarına- ixrac məhdudiyyətinin səbəbini araşdıranda məlum olur ki, əslində Hindistanın dərdi pul dərdidir. Fürsətdən istifadə edib daha baha satmaq istəyirlər.

Ticarət və Sənaye Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, belə bir qərar dünyada buğda qiymətlərinin qəfil artması fonunda daxili qiymətlərin artımına nəzarət tədbirləri üçün qəbul edilib. Yəni sözlərinin "mustafası" budur ki, qiymət dayanmadan qalxır, ucuz sata bilmərik, qoy bir az da qalxsın, satacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru