Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

21-05-2022, 11:25           
Nazirlik AZAL-ın tenderlərini ləğv etdi
“Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən elan edilmiş kotirovka sorğuları ləğv edilib.

Teref.az xəbər verir ki, “Ölkə.Az”ın məlumatına görə, sorğular İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəyinə əsasən ləğv edilib.

Qeyd edək ki, sözügedən kotirovka sorğuları AZAL tərəfindən 11 ay ərzində bir sıra internet saytlarında reklamın yerləşdirilməsi xidmətinin satınalınması məqsədilə www.etender.gov.az internet saytında 31.03.2022-ci il tarixində elan edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru