Bakıda tələbələr etiraz edir - VİDEO

27-05-2022, 00:05           
Bakıda tələbələr etiraz edir  -  VİDEO
Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Buna səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bununla bağlı oxuduqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər.

Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Tələbələr bildirirlər ki, dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçmələrinə baxmayaraq, dövlət imtahanı verəcəklər. Onlar isə bunu istəmirlər.

Tələbələr fikirlərini onunla əsaslandırırlar ki, son iki ildə pandemiya şəraiti nəzarə alınaraq sonuncu kurs tələbələri üçün dövlət imtahanı ləğv olunub və onlar Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə görə diplom alıblar. Tələbələr bu il də eyni təcrübədən istifadə edilməsi üçün təhsil aldıqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, Azərbayanda pandemiya dövrü hələ də başa çatmayıb, karantin rejimi uzadılıb. Universitetlər təhsili tam olaraq bərpa etməyiblər. Ona görə də dövlət imtahanı birmənalı şəkildə ləğv edilməlidir.

Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.