Sığorta pulunu ala bilməyən sürücülərin NƏZƏRİNƏ - VİDEO

27-05-2022, 07:52           
Sığorta pulunu ala bilməyən sürücülərin NƏZƏRİNƏ - VİDEO
Baş vərən qəzalar zamanı siğorta şirkətləri və vətəndaşlar arasında tez-tez mübahisələr olur.

Teref.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb.

Buna səbəb tərəflərin məsələnin öz xeyirlərinə həll edilməsinə cəhd etmələridir. Bu isə sonda mübahisəyə və hətta aylarla, bəzən isə illərlə davam edən məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bu tipli problemlərin yaşanmaması üçün müstəqil siğorta ekspertlərinə müraciət etməkdə fayda var. Amma bu zaman da diqqətli olmaq lazımdır. Bu barədə sığorta eksperti İlkin İbrahim məlumat verib.

Onun sözlərinə görə, bu halda bir sıra problemlərin yaranmamasına görə vətəndaşlar bəzi məqamlara diqqət etməlidirlər. Bəzi sığorta şirkətləri bu haldan xəbərdar olduqları üçün yaranmış vəziyyətdən öz xeyirləri üçün sui istifadə edirlər. Sığorta mübahisəsi yaranan zaman müstəqil ekspertin cəlb olunmasına ehtiyac olanda sığorta şirkətləri hiyləyə əl ataraq tərəflərin qarşısına öz yaxın adamları olan 3-4 nəfər şəxslərin ad-familyasından ibarət siyahı qoyulur. Nəticədə sığortalı sığorta şirkətinin istədiyi eksperti seçir.

Qeyd edək ki, Mərkəzi Bankın reyestrində olan müstəqil sığorta ekpertlərinin fəaliyyəti “Sığorta Fəaliyyəti haqqında” qanunda nəzərdə tutulur. İlkin İbrahim bildirib ki, məsələdə ödənişin kimin tərəfindən edilməsi qanunda aydın şəkildə müəyyən edilmir. Bu zaman ödəniş hər iki tərəfin razılığı əsasında həyata keçirilməlidir.Mərkəzi Bank tənzimləyici orqan olaraq bu məsələlərin uyğun həllini həyata keçirsə sığorta bazarında mübahisələrin sayı çox böyük həcmdə azala bilər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.