Qazinin əlillik və müalicə problemləri - VİDEO

27-05-2022, 11:28           
Qazinin əlillik və müalicə problemləri - VİDEO
Astara rayon Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən 2020-ci il sentyabrın 29-dan müharibəyə çağrılan Elnur Rüstəmov ilk dəfə Füzulinin işğal altında olan ərazilərinin azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Oktyabrın 18-də Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində minaatan mərmisinin dalğa zərbəsinə düşüb və yaralanıb.

Yaralandıqdan sonra heçnə olmamış kimi yenidən Şuşa istiqamətində xidmətini davam etdirən Elnur bir müddət sonra elə buradanda tərxis olunub.Hərbi Həkim komissiyasına xəstəlik haqqında şəhadətnamə alması üçün müraciət edən zaman isə problem yaşayıb. Ona bildirilib ki, bunun üçün ona hərbi hissə tərəfindən Forma-11 sənədi verilməliydi. Bu sənədi almaqda çətinlik çəkən Elnur verilişimizə müraciət etmişdi. Bizim müdaxiləmizdən sonra Forma-11 sənədi olmadan da o hərbi həkim komissiyasından şəhadətnaməni ala bilib. Belə ki,həkim komissiyası ona sülh dövründə yararsız müharibə dövründə məhdud yararlıdır qərarı verib.

Səhhətindəki problemlərlə bağlı əziyyət çəkdiyini deyən Elnur ya əlillik təyin olunmasını ya da ki,sağlamlığına qovuşmaq istədiyini bildirir.mÇünki müharibədə yaralanmamışdan öncə o usta kimi çalışsa da hazırda səhhəti ilə bağlı bu işlə məşğul ola bilmir. Bir çox müvafiq qurumlara müraciətlər də edib.Lakin,bir faydası olmayıb.

Elnurun müalicəsi ilə bağlı problemə, bununla bağlı TƏBİB-lə əlaqə saxladıq.Qurumdan bildirildi ki, Elnur Rüstəmovun müalicə olunmaq istəyi ilə bağlı müraciəti araşdırılıb. Qazi ilə telefon əlaqəsi yaradılıb, xəstəlik tarixçəsi izlənilib. Mayın 27-də akademik Cahangir Məmməd oğlu Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda müayinə olunacaq. Həmçinin Zəruri olan bütün müayinə, müalicə prosedurları həyata keçiriləcək.

Realtv.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.