Bakıdakı məktəbdə müəllimləri oynadıb, sinələrinə pul basdılar - Övladlarımız görün, KİMLƏRƏ ƏMANƏTDİR...

6-06-2022, 16:09           
Bakıdakı məktəbdə müəllimləri oynadıb, sinələrinə pul basdılar -
Sosial şəbəkədə Akademik Zərifə Əliyev adına liseyin müəllimlərinin videosu yayılıb.

Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, iddialara görə, görüntülər təhsil kompleksində çəkilib. Görüntülərdə müəllim göbək rəqsi oynayır, təşkilati işlər üzrə direktor müavini Axundova Nigar müəllimin sinəsinə pul basır.
Məlumata görə, liseydə direktor vəzifəsini icra edən Aynur Hüseynova təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın yaxın qohumudur.

Liseylə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Bakı Şəhər Təhsil İdarəsindən birildirilib ki, lisey onların tabeliyində deyil. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev baş verən hadisəni qınayıb və məktəb rəhbərliyinin cəzalandırılmasını tələb edib:

"Zərifə xanım Əliyevanın adını daşıyan Liseydə müəllim adına yaraşmayan hərəkətlərə yol vermək bağışlanmazdır. Liseyin direktoru və onun himayəçiləri cəzalandırılmalıdır".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru