Sosial Xidmətlər Agentliyinin minik avtomobillərilə bağlı elan etdiyi tender barədə - MÖVQE
7-06-2022, 08:19
Teref.az olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyiniun saytımızda gedən tənqidi məlumata operativ cavabını təqdim edirik: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin minik avtomobillərilə bağlı elan etdiyi tender müharibə əlillərinin avtomobil təminatına yönəlib. Satınalma proseduru tam olaraq qanunvericiliyə uyğun icra edilib. Tenderin qalibi olan "Azərmaş" MMC də vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında elektron arayış təqdim edib. Eyni zamanda Azərmaş MMC-nin bu günkü tarixə də dövlət büdcəsinə borcu yoxdur. ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi