Tariflə 60 manatlıq Naxçıvan-Bakı biletləri vətəndaşa 90 manata başa gəlir

15-06-2022, 09:48           
Tariflə 60 manatlıq Naxçıvan-Bakı biletləri vətəndaşa 90 manata başa gəlir
Bu gördüyünüz mənzərə heçdə 90 illərin çörək növbəsi deyil. Burası Naxçıvandı AVİAKASSAnın qarşısıdı insanlar hər gün bu durumdadı.
Kassa əməkdaşı içəri girişi yalnız ilkin olaraq tapşırılmış şəxslər daha sonra kimsə tərəfindən tapşırılmayan adamları binaya daxil olmasına izin verir.
14.06.2022 ci il tarixində binaya daxil olub bilet istedim lakin biletin olmadığı bildirildi. Xanım əməkdaşdan mən bileti necə ala bilərəm sualıma, əgər dövlət qurumlarından zəng etdirə bilsəniz brom edilmiş biletlərdən birin sizə verərik deyə cavab verdi. Bu cavabı jurnalist olduğumu bilərəkdən verən əməkdaş heçnədən çəkinmədiyi açıq ticarət və tapşırıqla fəaliyyət qurduqunu açıq nümayiş etdirdi. Hazırda saat 07:00 dan kassanın qarşısında bilet gözləyirəm iki gündü eyni haldı. Hər gün taksitutaraq uzaqdan gəlib bilet almaq istəməyimi nəzərə alsaq 60 manatdıq bilet artıq mənə 80-90 manat başa gəlir. Kassa daxilində olan təhlükəsizlik əməkdaşı vətəndaşları binaya 3-4 nəfər olmaqla daxil əlmaqa izin verir.
NAXÇIVANDA bilet almaq problemi uzun müddətdir bitmək bilmir. Bu hall hazırda aviakassa qabaqında baş verir. Təhlükəsizlik əməkdaşı niyə əhalini binaya daxil olmasının qarşısını alaraq fotoda görünən mənzərənin yaranmasına şərait yaratdığını sual etməyimə və hansı hüquqla vətəndaşları buraxmadığına cavab olaraq bildirdi ki, nə edirəmsə yaxşı edirəm. Budur rüşvət gözləyən hörmət et bilet təşkil edim kimi vəziyyət yaradanların cavabı..
Buna kim dur deyəcək.
Mirkenan Seyidov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.