Əlillik dərəcəsi LABİRİNTİ... - DAHA BİR QURBAN...

15-06-2022, 09:59           
Əlillik dərəcəsi LABİRİNTİ... - DAHA BİR QURBAN...
“Yoğun bağırsaqdan əməliyyat olunandan sonra iş qabiliyyətimi itirmişəm, ancaq əlillik statusu ala bilmirəm. Müraciətimə cavab gəlib ki, müalicə olunmalıyam. Kəsilmiş bağırsaq müalicə ilə uzanacaq? Cərrah deyir ki, ömrünü belə başa vuracaqsan”.

TEREF.AZ xəbər verir ki, bunu Meydan TV-yə 38 yaşlı Elçin Hüseynov bildirib.

Onun sözlərinə görə, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində kirayə qalır:

“Fəhlə və sürücü kimi işləyərək ailəmi dolandırırdım. Son vaxtlar qanaxma gücləndiyindən əməliyyat olundum. Yorğun bağırsağım kəsilərək götürüldü. Günün yarıdan çoxunu ayaqyolunda keçirirəm, yəni adi su belə içəndə ayaqyoluya gedirəm. Həkim deyir ki, bu, səninlə ömür boyu gedəcək”.

Şikayətçi deyib ki, əlillik təyinatı üçün 3 dəfə müraciət edib, lakin hər dəfəsində imtina cavabı gəlib, onu malicəyə göndəriblər.


Mənbə: Meydan TV

“Fevraldan bu yana qəsəbədə tanışların köməyi ilə dolanırıq. İki övladımın üzünə baxa bilmirəm, qonşular ərzaq yardımı etməsə, həmin günü ac yatırlar. Ağırlıq qaldıra bilmirəm, şirkətlərin heç biri iş vermir. Adi fəhlə kimi işə götürmürlər ki, ağırlaşsan kim cavabdehlik daşıyacaq”,- E.Hüseynov bildirib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən sorğuya cavab verilməyib. Nazirliyin “qaynar xətt” xidmətindən isə əlilliklə balı suala yalnız vətəndaşın özü müraciət etdikdən sonra cavablandıra biləcəklərini deyiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.