İrəvandan Türkiyəyə bilet Bakıdan daha ucuzdur – DEPUTATDAN AÇIQLAMA

15-06-2022, 12:40           
İrəvandan Türkiyəyə bilet Bakıdan daha ucuzdur – DEPUTATDAN AÇIQLAMA
Quru sərhədlərin bağlı olması vətəndaşların hava yollarından istifadəsinə məcburiyyət yaradır. Lakin təyyarə biletlərinin qiyməti xeyli insanın büdcəsinə uyğun gəlmir. Xüsusən yay aylarında istirahət üçün ən çox üz tutduğumuz ölkələr qonşu Gürcüstan və qardaş Türkiyədir. Lakin iş bilet almağa gələndə, çoxunun arzusu ürəyində qalır. Məsələn, İrəvandan Türkiyəyə bilet 60-70 dollardırsa, Azərbaycandan 500-600 manatdır. Qardaş ölkəyə səfər etmək niyə bu qədər baha olmalıdır? Belə çıxır ki, ermənilərin Türkiyəyə gedişi bizdən daha rahatdır. Bunun siyasi tərəfi də ayrı bir müzakirə mövzsudur.

Teref.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, Azərbaycan İnvestisiya Holdinqində bu məsələ hazırda diqqətlə müzakirə olunur.

“Bununla bağlı ölçü götürüləcək. Belə düşünürəm ki, 1 aya hansısa bir qərar verilməlidir. Məsələnin səbəbləri araşdırılıb, həlli yolları tapılmalıdır”, - deputat deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru