Sabiq nazirin ailə üzvlərinin dövlətə nə qədər borcu var? - MƏBLƏĞLƏR

16-06-2022, 08:24           
Sabiq nazirin ailə üzvlərinin dövlətə nə qədər borcu var? -
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin ailə üzvlərinə məxsus olan şirkətlər dövlət büdcəsinə olan vergi öhdəliyini vaxtında ödəməyiblər.
Teref.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, sabiq mədəniyyət nazirinin qızı Suad Qarayevanın (Maleki) adının baş hərflərindən götürülən “SQ-Future” MMC-nin (VÖEN - 1700495641) dövlət büdcəsinə 5 min 297 manat 83 qəpik vergi borcu var.

“SQ-Future” MMC-nin qeydiyyatda olduğu Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında sabiq nazirin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) direktor olduğu “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC-də (VÖEN – 1700567661) dövlət qeydiyyatına alınıb. Bu şirkətin də hazırda dövlət büdcəsinə 2 min 28 manat 51 qəpik borcu var.
Bunlardan başqa sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) götürülən “GALS” MMC-nin də (VÖEN - 1701354961 ) 512 manat 51 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, “GALS” MMC 2012-ci ildə Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 19 ünvanında təsis olunub. Bir il sonra – 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında Əbülfəs Qarayevin qızı Suad Qarayeva (Maleki) tərəfindən “GALS” adlı şirkət də təsis olunub.

(yeniavaz.com)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.