Tibb Universitetinin yaxınlığında ağaclar məhv edilir? - Video

17-06-2022, 11:16           
Tibb Universitetinin yaxınlığında ağaclar məhv edilir? - Video
Azərbaycan Tibb Universitetinin yanındakı ərazidə ağacların texnika ilə məhv edildiyi iddia edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Ərazinin Milli Onkologiya Mərkəzi yaxınlığında yerləşdiyi bildirilib. Yayılan videoda traktor texnikasının ərazidəki yaşıllığı kürüməsi əks olunub.
Görüntülərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat katibi İradə İbrahimova bildirib ki, hadisədən məlumatlıdırlar. Araşdırmalardan sonra ətraflı məlumat veriləcəyi qeyd edilib.
Həmin görüntüləri təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.