Sahil Babayev Milli Məclisdə tənqid olundu: "Düzgün iş qurulmur"

17-06-2022, 19:00           
Sahil Babayev Milli Məclisdə tənqid olundu:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsait 11% icra olunmayıb.

Teref.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deyib.

“Olmazmı ki, yoxsul insanlara ayrılan pulların hesablanması meyarları dəyişərdi, yaxud ehtiyac meyarının məbləği artırılardı? Büdcədən ayrılmış vəsait bu yoxsul insanlara verilərdi. Bu istiqamətdə 168 milyon manat az vəsait xərclənib. Bu vəsait yoxsul insanlardan kəsilib və qeyd olunub ki, buna qanunsuz təyinatların qarşısını almaqla qənaət edilib. Nazirliyin rəhbərliyi artıq 5 ildir işləyir, bu problemlər 6 ay ərzində həll edilməli idi. Deməli, bu iş düzgün qurulmur. Bu nazirliyə əlil, qazi, şəhid ailəsinin nümayəndəsi, yaxud yoxsul insan rəhbər təyin olunsaydı, o, yoxsulluğun nə demək olduğunu anlayar, hökumətimiz də bundan faydalanardı”, – deyə deputat əlavə edib. AMİA.az
Teref.az olaraq qeyd etmək istəyirik ki, deputat S.Novruzovda Milli Məclisdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid edib.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru