Bakıda uşaq bağçasında körpələrə YAVAN ÇÖRƏK VERİLİR... - Valideyn ÜSYAN ETDİ

20-06-2022, 17:19           
Bakıda uşaq bağçasında körpələrə YAVAN ÇÖRƏK VERİLİR... - Valideyn ÜSYAN ETDİ

Vətəndaş Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına bağçanın direktoru Əsli Alıyevadan narazıdır.

Teref.az-ın məlumatına görə, övladı həmin bağçaya gedən valideyn Oxu.Az-a açıqlamasında bildirib ki, müəssisədə uşaqlara normal baxılmır:

“Uşaqlara səhərlər yavan çörək verilir. Günorta yeməyində isə sadəcə şorba verilir ki, tərkibində düyü və kök olur. Mən uşağımı səhər evdə yedirib, sonra bağçaya aparıram ki, orada ac qalmasın”.

Valideyn deyir ki, bağçada uşaqlardan hər ay pul da yığılır:

“Aylıq bağçaya 20 manat veririk. Hər ay salfet və yuyucu vasitə üçün uşaqların hər birindən əlavə iki manat yığılır. Uşaqlar o salfetlərdən heç istifadə etmirlər. Eyni zamanda, bağçaya gələn yataq dəstlərini “QAZel”lərə yükləyib satışa göndərirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru