GORANBOYDA QAZİNİ DÖYƏN İCRA HAKİMİYYƏTİ İŞÇİSİNƏ VƏZİFƏ VERİLDİ – İcra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub

23-06-2022, 17:25           
GORANBOYDA QAZİNİ DÖYƏN İCRA HAKİMİYYƏTİ İŞÇİSİNƏ VƏZİFƏ VERİLDİ –
Qarabağ qazisi, Goranboy rayonunun Xoylu kənd sakini Anar Süleymanovu döyən şəxsə vəzifə verilib.

Teref.az xəbər verir ki, Hurriyyet.az-a bu barədə etibarlı qaynaqlardan məlumat verilib.

Xatırladaq ki, A.Süleymanov təxminən 1 il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin işçiləri, konkret olaraq Qəmbərli Şaiq Akif oğlu tərəfindən döyülərək xəsarət yetirilmişdi.

Mənbə deyir ki, Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi Ş.Qəmbərlinin bu “xidmətini” dəyərləndirərək, təxminən 1 ay əvvəl onu şöbə müdiri vəzifəsinə təyin ediblər.

Məlumata əsasən, icra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub.

Mövzu ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru