Göygöldə camaat kimə şikayət edəcəyini bilmir... - ACINACAQLI MƏNZƏRƏ...

24-06-2022, 09:29           
Göygöldə camaat kimə şikayət edəcəyini bilmir... - ACINACAQLI MƏNZƏRƏ...
Cəmi 1 km yoldur. Amma 4 minə yaxın sakinin həyatını cəhənnəmə çevirib. Söhbət Göygöl rayonunun Hacıməlik qəsəbəsindən gedir. Qəsəbədə mövcud olan yararsız avtombil yolu yaşayış massivində həyatı iflic edib. Sakinlər deyirlər ki, qapısını döymədikləri qurum qalmayıb. Kənd bələdiyyəsinə dəfələrlə müraciət olunsa da bələdiyyə sədri sakinləri sadəcə quru vədlərlə yola salıb. Nə yolu təmir edən var, nə də sadə insanların dərdlərini aidiyyatı qurumlara çatdıran.

Yolun probemi ilə yanaşı qəsəbəni məişət tullantıları da bürüyüb. Kiminsə yolu Hacıməlik qəsəbəsindən düşsə məişət tullatıları içərisində itib-batan yaşayış massivini görəcək. Qalaq-qalaq yığılan zibillər dağa çevrilib. Qalaqlanan məişət tullantıları yaşayış massivindən keçən su arxının içərisinə qədər dağılaraq burada da xüsusi antisanitar vəziyyət yaradıb.

Bələdiyyə sədri Tural Əliyev isə sakinlərin iradları ilə razılaşmır. Deyir ki, yaxın zamanda yolun təmiri ilə bağlı işlərə başlanılmalıdır. Artıq bununla bağlı Azərbaycan Avtmobil Yolları Dövlət Agnetliyinə məlumat verilib.

Hacıməlik qəsəbəsinin natəmiz vəziyyətinə gəlincə?

-Sakinlərlə müqayisədə bələdiyyə sədri məsələyə pozitiv yanaşır. Verilən vədlərin nəticəsini isə yaxında görəcəyik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru