O plakatı qırıb , bayrağı ayaq altına atan və o əməli elətdirən məxluqda özgüvən hardandı !!!????

27-06-2022, 11:45           
O plakatı qırıb , bayrağı ayaq altına atan və o əməli  elətdirən məxluqda  özgüvən hardandı !!!????
Teref.az şəhid anası Maya Quliyevanın sosial şəbəkədə paylaşdığı hadısə barədə postunu təqdim edir:
Şəhidin şəkli olan plakatı valideynləri aparıb öz doğma yurd-yuvalarında , hələ o Şəhid doğulmamışdan tək quru canlarını çıxartdıqları kəndlərinin qəbristanlığının yanına vurublar . 3 gecə əvvəl 3 maskalı (mütləq ki , maska da bəhanədir!!!) , adam gəlib plakatı qırıb götürüb gediblər . Görənlər soruşub ki , niyə qırırsınız? Deyiblər Prezident gələcək . O gəlib getsin sonra qaytarıb vuracayıq .
Prezidentin bu kimi işdəklərdən bixəbər olduğunu bilirdik . Amma bir Şəhid Şəklindən də qorxulurmu ? Hansı ki , Cənab Prezident xanımı ilə əllərində Şəhidlərin şəkilləri və başları üzərində neçə kilometr yol qət etmişdir . Öz çıxışlarında daima Şəhidlər unudulmasın , xatirələrinin əbədiləşdirilməsi üçün nə lazımdı edilsin , yol kənarlarına vurulan Şəhid plakatların göz oxşadığını vurğulamışdır .
Şəhid şəklinə qarşı bu qəddarlıq hardandı !!!???
O plakatı qırıb , bayrağı ayaq altına atan və o əməli elətdirən məxluqda özgüvən hardandı !!!????
Cənab Prezidentə mə'lum deyil ki , Kəlbəcərə , Laçına , Zəngilana , Şuşaya , Ağdama və digər Azad olunmuş ərazilərə azad gəlişin səbəbi məhz elə o Şəhidlər , haqları tapdanan Qazilər və özünün Baş Komandan olduğu Ordumuzdur !!!!?????
Prezidentlə bu xalqın arasında ixtilaf , bu çaxnaşma kimə və niyə lazımdır ??
Ilham Aliyev
Mehriban Əliyeva
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Maya Quliyeva
Teref.az
VİDEO
https://www.facebook.com/100007124298641/videos/pcb.3319278094986301/435581634843503
0:19 / 0:26












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru