“Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyəti ARAŞDIRILIR - Həbslər belə gözləniləndir...

27-06-2022, 15:04           
“Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyəti ARAŞDIRILIR -
“Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyəti araşdırılır. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbədən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, ola bilsin ki, yaxın günlərdə hətta sözügedən qurumun rəhbərliyi ilə bağlı hüquqi tədbirlər də həyata keçirilsin.

Qeyd edək ki, paytaxt Bakıda park və bağlarının abadlığına nəzarət edən, habelə digər abadlıq və quruculuq işlərini həıyata keçirən “Bakı Abadlıq Xidməti” MMC-nin özünə də Nazirlər Kabinetinin rəhbərliyi nəzarət edir.

DİA.AZ-a danışan mənbə iddia edir ki, bu vaxta qədər kifayət qədər böyük məbləğdə büdcə vəsaitlərini xərcləyən sözügedən MMC-nin tenderləri ilə bağlı müəyyən şübhəli addımlar "yuxarıları" təftiş qərarınıl verməyə vadar edib.

Bildirək ki, “Bakı Abadlıq Xidməti” MMC-nin konkret hansı dövlət qurumu tərəfindən araşdırıldığı barədə məlumat verilməyib.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfin də münasibətini öyrənmə cəhdlərimiz alınmadı, amma fikirlərini öyrənməyə çalışacağıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.