Sərhədlər bağlıdır, amma Azərbaycana quru yolla 91 min əcnəbi gəlib - SİYAHI

27-06-2022, 19:14           
Sərhədlər bağlıdır, amma Azərbaycana quru yolla 91 min əcnəbi gəlib - SİYAHI
Bu ilin yanvar-aprel ayları ərzində turizm məqsədilə Azərbaycanda 219 min 650 nəfər xarici ölkə vətəndaşı səfər edib.
Teref.az yeniavaz.com-a istinadən bildirir ki, Azərbaycana turizm məqsədilə gələnlərin 41%-i və ya 91 min 34 nəfəri ölkəyə quru yolla daxil olub.
Quru yolla Azərbaycana daxil olan əcnəbi turistlər aşağıdakı ölkələrin vətəndaşları olublar:
Türkiyə – 35 384 nəfər
İran – 26 994 nəfər
Rusiya – 16 900 nəfər
Gürcüstan – 7 709 nəfər
Ukrayna – 1 450 nəfər
Özbəkistan – 852 nəfər
Belarus – 482 nəfər
Qazaxıstan – 341 nəfər
Qırğızıstan – 138 nəfər
Moldova – 113 nəfər
Tacikistan- 64 nəfər
Türkmənistan – 41 nəfər
Macarıstan – 6 nəfər
Rumıniya – 1 nəfər
Məlumat üçün bildirək ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqəsdilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən Azərbaycan ərazisinə yerüstü nəqliyyatı yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru